EN

Bayden oğlundan sonra daha 39 nəfəri əfv etdi

ABŞ Prezidenti Co Bayden 39 nəfəri daha əfv edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki,COVID-19 pandemiyası zamanı həbsdən azad olunan və ev dustaqlığına buraxılan 1500 nəfərdən cəzası azaldılanların ardınca, 39 nəfəri daha əfv edib.

Baydenin əfv etdiyi şəxslər qeyri-zorakı cinayətlərə görə məhkum edilmiş ABŞ vətəndaşlarıdır.

Bundan əvvəl Bayden, vergidən yayınma ittihamı ilə bağlı mühakimə olunan oğlu Hanteri də əfv etmişdi. Prezidentin bu addımı cəmiyyət tərəfindən müxtəlif reaksiyalarla qarşılanmışdı. Hətta bu məsələyə ABŞ-ın keçmiş prezidenti Donald Tramp da mənfi münasibət bildirmişdi./Milli.az

Chosen
2
2
bakivaxti.az

10Sources