Onlayn pərakəndə satış şirkəti Amazon Trampın andiçmə fonduna 1 milyon dollar verəcək...
Sahibkar Ceff Bezosa məxsus onlayn pərakəndə satış şirkəti Amazon ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə fonduna 1 milyon dollar ianə etməyi planlaşdırır.
Poliqon xəbəbr verir ki, bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.
Bundan əvvəl analoji məbləğ gələcək dövlət başçısının fonduna Meta korporasiyası tərəfindən göndərilib. Ona iş adamı Mark Zukerberq rəhbərlik edir.
Məlumatda vurğulanır ki, Bezos və texnologiya şirkətlərinin digər rəhbərləri ianələrdən Amerikanın yeni administrasiyası ilə münasibətləri yaxşılaşdırmaq üçün istifadə edirlər. Eyni zamanda, Amazon bir neçə gün əvvəl vəsait ayırmaq barədə qərar qəbul edib və artıq bu barədə seçilmiş ABŞ prezidentinin nümayəndələrini məlumatlandırıb.
Üstəlik, gələn həftə Bezos şəxsən Trampın Floridadakı iqamətgahını ziyarət etmək niyyətindədir.
Nəşrin yazdığına görə, gələn il yanvarın 20-də Amazon Prime Video axın platforması siyasətçinin andiçmə mərasiminin yayımına başlayacaq. Bu jest gələcək dövlət başçısının fonduna 1 milyon dollar məbləğində növbəti ianə kimi qəbul edilə bilər.
Poliqon.info