EN

Bloomberg: Rusiya bazalarını itirməmək üçün Suriyanın yeni administrasiya ilə razılaşıb

2015-ci ildən Bəşər Əsəd Administrasiyasının dəvəti ilə Suriyada olan Rusiya, Tartus və Hmeymimdəki bazaları üçün Suriyadakı yeni administrasiya ilə bir araya gəlib.

Turkustan.az xəbər verir ki, yaxın Şərqdəki iki mühüm bazasını itirmək istəməyən Rusiyanın yeni administrasiya ilə anlaşmaya yaxın olduğu iddia edilib.
Baas rejiminin devrilməsindən sonra Rusiyanın Suriyanın Tartus və Hmeymim şəhərlərindəki bazalarının 2015-ci ildən bu yana necə olacağı maraq doğurur. Yaxın Şərqdəki iki mühüm bazasını itirmək istəməyən Rusiya Suriyadakı yeni administrasiya ilə masaya oturdu.

Bloomberg-in məlumatına görə, Rusiya bazalarla bağlı yeni administrasiya ilə razılığa gəlib. Adının çəkilməsini istəməyən rəsmilərin sözlərinə görə, Rusiya Hmeymim və Tartusdakı bazalarını itirməyəcək və Yaxın Şərqdəki mövcudluğunu davam etdirəcək.

Xəbərə görə, Rusiya Müdafiə Nazirliyinin rəsmiləri HTŞ liderləri ilə qeyri-rəsmi görüşlər keçirir. Görüşlər ümumiyyətlə müsbətdir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mixail Boqdanov verdiyi açıqlamada, "Bazalar harada olurlarsa olsunlar, qalmağa davam edəcəklər, bununla bağlı atılan fərqli addımlar yoxdur" - deyib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
72
18
turkustan.az

10Sources