EN

Çingiz Hüseynzadə: "Azərbaycanın təhlükəsiz idman təcrübəsini başqa ölkələrdə də öyrənirlər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu forum ailələrin övladlarını idmana rahat buraxması üçün həyata keçirilir".
Oxu.Az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Bakıda keçirilən II Təhlükəsiz İdman Forumunda deyib.
"Müasir dünyada "təhlükəsiz idman" anlayışı çox vacib məsələdir. Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində bu məsələyə həsr olunmuş II forum keçirilir. Bu forum Azərbaycanda idmanın daha təhlükəsiz olması, idmanın daha geniş inkişaf etməsi və valideynlərin öz uşaqlarını idmana daha rahat buraxmasını təmin etmək məqsədilə həyata keçirilir. Mən hesab edirəm ki, başqa sahələrdə olduğu kimi, Azərbaycan bu sahədə də artıq beynəlxalq aləmdə tanınır. Azərbaycanın təcrübəsini başqa ölkələrdə də öyrənir, istifadə edirlər".
Anar Həsənov
Chosen
17
50
oxu.az

10Sources