EN

"Buzda futbol oynamaq yaxşı olmadı" - Cavid Hüseynov

style='margin-bottom:10px;'>

"Səbail" Misli Premyer Liqasının 17-ci turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.

QOL.az sportal.az saytına istinadən xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komanda üçün vacib oyun idi. Sonuncu yerdəyik. Bura qələbə üçün gəlmişdik, amma 1 xalla dönürük. Meydançanın vəziyyəti futbol oynamağa imkan vermirdi. Hava şəraiti öncədən bilinirdi, sinoptiklər məlumat vermişdi. Meydançanın vəziyyətini düzəltmək olardı. Buzda futbol oynamaq yaxşı olmadı. Qarşıda bizi "Zirə" ilə vacib matç gözləyir. Həmin oyuna hazırlaşacağıq.

- "Səbail"də ilk xalınızı keçmiş komandanızdan aldınız. Hissləriniz necədir?

- Hər oyun mənim üçün eynidir, rəqibin fərqi yoxdur. "Səbail"də 4-cü matçımdır. İstəyərdim ki, qələbə qazanaq.

Chosen
24
5
teleqraf.com

10Sources