Suriyanın müdafiə nazirliyi ölkədə mövcud olan bütün silahlı qrupları ləğv edəcək.
APA xəbər verir ki, bu barədə Dəməşqdə hakimiyyətə gələn silahlı birləşmələrin lideri Əhməd əl-Şaraa (əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) Suriya televiziyasında bildirib.
əl-Şaraa ölkədə Suriya dövlətinin nəzarəti altında olmayan heç bir silahlı qruplaşmanın olmayacağını bildirib.