Türkiyəli futbolçu Arda Gülər adını "Real Madrid"in tarixinə yazdırıb.
Axar.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi İspaniya çempionatının "Rayo Valyekano" ilə görüşündə 2 məhsuldar ötürmə edib.
Bununla da Gülər XXI əsrdə bir La Liqa matçında iki məhsuldar ötürmə ilə "Real Madrid"in ən gənc futbolçusu olub.
Qeyd edək ki, matç 3:3 hesabı ilə başa çatıb.