Milli Gimnastika Arenasında Avropa çempionatının gümüş və dünya çempionatının bürünc medalçısı Fani Piqnitski tərəfindən bədii gimnastika üzrə "ustad dərsi" keçirilib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Fani gimnastlara karyerası, uğurları və keçdiyi çətinliklər haqqında danışıb, daha sonra öz texnika və metodları ilə onlara məşq keçib.
O, sonda gimnastlara avtoqraf verib.
Azərbaycanın gimnastika hakimləri qitələrarası kurslarda yüksək nəticə göstəriblər
Gimnastımız beynəlxalq yarışda qələbə qazanıb
Təmsilçilərimizdən 2 medal
Bədii gimnastika hakimlərimiz 1-ci kateqoriyaya layiq görülüblər
Batut gimnastikası üzrə Azərbaycan çempionatı start götürür