EN

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bu ilin 11 ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,5 faiz artaraq 11 milyard 394,5 milyon manat olub.

Teleqraf.com Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 1116,9manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 120,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53 milyard 867,7 milyon manatlıq məhsul satılıb. Bunun 29 milyadr 534,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları təşkil edib.2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 faiz, qeyriərzaq malları üzrə 6,1 faiz artıb.

Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 480 manat və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 20,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 263,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 216,8 manatlıq qeyri-ərzaq malları alıb.


Müəllif: Teleqraf.com
Chosen
45
6
teleqraf.com

10Sources