EN

"Abzas Media" işi üzrə məhkəmə başlayıb

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Senzor.az bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Müdafiə tərəfi vəsatət qaldıraraq təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında əyləşməsini istəyiblər. Vəsatət təmin olunub.

 

Prosesdə çəkiliş aparılmasına şərait yaradılması barədə vəsatət təmin edilməyib.

 

Bundan başqa, vəkillər cinayət işinin yenidən istintaqa qaytarılması barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

 

Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmənin baxış iclası dekabrın 28-nə təyin olunub.

 

Qərb dövlətlərinin bəzi səfirliklərinin nümayəndələri prosesi müşahidə ediblər.


Xatırladaq ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

 

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

 

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.

Chosen
3
5
senzor.az

10Sources