EN

Dəniz suyunda “əriyən” plastik icad edildi

Yapon alimləri plastiklərin təkrar emalı probleminin həlli üçün öz üsullarını təklif ediblər. 

News24.az Sfera.az-a istinadla xəbər verir ki, yeni növ plastik olan SP2 təqdim edilib.

Belə ki, plastikin materialı yüksək elastikliyə davamlıdır və ən əsası bir neçə saat ərzində duzlu suda həll oluna bilir. 

İnnovativ materialın yaradılması üçün əsas duz körpüləri ilə bağlanan natrium heksametafosfat və guanidinium ionlarının monomerlərindən istifadə olunub. Beləliklə, dəniz suyunda körpülər dağılır, nəticədə plastik ətraf mühitə zərər vermədən tez parçalanır.

Təcrübələr aydın şəkildə göstərib ki, SP2 müxtəlif məqsədlər üçün istifadə edilə və material uyğunlaşdırıla bilər. Sulfatın növünü dəyişdirərək, ona fərqli elastiklik və sərtlik vermək mümkündür. O, sonra 3D çap, tibbi cihazların və ya qablaşdırma materiallarının istehsalı üçün istifadə oluna bilər.

Tədqiqatçılar bildirib ki, texnologiyanın hələ də təkmilləşdirməyə ehtiyacı var. Əsas dezavantaj texnologiyanın kifayət qədər yüksək qiymətə başa gəlməsidir.


Chosen
9
2
news24.az

4Sources