EN

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə uçot faiz dərəcəsi ilə bağlı sonuncu qərarını açıqlayıb.

Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Qeyd edilib, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması və makroiqtisadi meyillərin təhlili nəzərə alınmaqla qəbul olunub.

Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu daxilində qalıb. Belə ki, 2024-cü ilin noyabr ayında 12 aylıq inflyasiya 4.4% olub. İllik qiymət artımı ərzaq malları üzrə 4.4%, qeyri-ərzaq malları üzrə 2.2%, xidmətlər üzrə 6% təşkil edib. Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub.

İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Ötən ilin eyni dövrü ilə müqayisədə qlobal əmtəə qiymətləri indeksi cəmi 0.7% artıb (BVF). Həmçinin ilin ötən dövründə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 11 ayında 7.1%) möhkəmlənməsi idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.

Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 9 ayda 4 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun 7.2%-i səviyyəsində olub. Cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında Dövlət Gömrük Komitəsinin məlumatına görə 2024-cü ilin 11 ayında 5.6 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.

Chosen
28
15
buta.media

10Sources