EN

İlham Əliyevdən sülh müqaviləsi ilə bağlı AÇIQLAMA - VİDEO

"Azərbaycan və Ermənistan gələcək sülh müqaviləsinin 2 maddəsi (bir-birinə qarşı beynəlxalq iddialardan çəkinmək və sərhəddə üçüncü ölkələrin olması) ilə bağlı razılığa gəlməyiblər".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

“Biz sülh müqaviləsi çərçivəsində həqiqətən çox irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, 2-si qalıb. Ermənistanın baş naziri ilə Kazanda sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, bu iki maddə razılaşdırılmayıb, lakin Ermənistan tərəfindən bizim şərtlərimiz qəbul oluna bilər", deyə o, əlavə edib.

Azərbaycan Prezidentinin sözlərinə görə, həmin maddələrdən biri tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan çəkinməsidir:

“Digəri isə sərhədimizdə başqa ölkələrin nümayəndələrinin yerləşməməsi ilə bağlıdır".



Bizim.Media

Chosen
13
50
bizim.media

10Sources