EN

Vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda Vəkillər Kollegiyası (ARVK) və DİM ilə birgə ARVK-ya və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

Bu barədə  ARVK-dən məlumat verilib.

Bildirilib ki, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 365 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.

Belə ki, 3 saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 356 nəfər iştirak edib. ARVK-ya qəbulla bağlı test imtahanında iştirak edən namizəddən 235 nəfəri, NMRVK-ya sənəd verən 5 namizəddən isə 3 nəfəri uğur qazanıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.

ARVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlər Sənəd Qəbulu Komissiyasına 07.01.2025-cü il tarixdən 07.02.2025-cü il tarixədək aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.         ARVK-nın Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;

2.         Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi;

3.         Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

4.         Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;

5.         Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;

6.         Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında olub-olmaması barədə tibbi arayış;

7.         Əqli cəhətdən sağlamlıq barədə tibbi rəy;

8.         3x4 sm və 4x6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil;

9.         Vəkilin şəxsi məlumat vərəqəsi;

10.       Tərcümeyi-hal.

Chosen
40
10
oxu24.com

10Sources