Rusiyada neft bazası vurulub
Bu gecə Ukrayna Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının Rostov vilayətində yerləşən “Novoşaxtinski neft məhsulları zavodu” ASC-nin infrastrukturuna və istehsalat obyektlərinə zərbələr endirib.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Bu, Rostov vilayətində fəaliyyət göstərən yeganə neft emalı zavodudur ki, o, Rusiya Federasiyasının Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün istifadə olunur. Bu zavod mazut, soba yağı, dizel yanacağı və birbaşa benzin istehsalında ixtisaslaşmışdır. Layihə emalı gücü ildə 7,5 milyon ton neftə çatır”, - deyə məlumatda qeyd olunur.
Baş Qərargah bəyan edib ki, yanğın obyektin ərazisində, yəni ELOU-AVT-2.5 katalitik krekinq qurğusunda baş verib. Hücumun nəticələri ilə bağlı ətraflı məlumat hələlik məlum deyil.
Bundan əvvəl bildirilib ki, Rostov vilayətində partlayışlar baş verib. Daha sonra yerli teleqram kanalları dron hücumları və hava hücumundan müdafiə əməliyyatları barədə məlumat yayıb.
V. QULİYEV