EN

Fransada milli matəm elan edilib

Hind okeanında Fransanın ərazisi olan Mayotta adasında qasırğa nəticəsində insan tələfatı ilə əlaqədar dekabrın 23-də ölkədə milli matəm günü elan edilib.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, müvafiq qərarı Fransa Prezidenti Emmanuel Makron adaya gəldikdən sonra bildirib.

Mayottada qasırğa dekabrın 14-də başlayıb, küləyin sürəti 55 m/s-dən çox olub. İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində 30-dan çox insan həlak olub, 1400 nəfər yaralanıb.

Eyni zamanda, səlahiyyətlilər, fırtınanın adanın 310 min sakininin təxminən 70%-nə ciddi təsir göstərdiyini qeyd edərək, itkilərin və ölənlərin faktiki sayının əhəmiyyətli dərəcədə arta biləcəyi barədə xəbərdarlıq edib.

Chosen
10
3
hakimiyyet.az

10Sources