Bir çox insan yuxu problemlərindən - yuxusuzluq, tez-tez oyanma, səhərlər yorğunluq kimi hallardan əziyyət çəkir. Bəs yuxu keyfiyyətini yaxşılaşdırmağın sadə və təbii bir yolu varmı?
Â
Tanınmış yuxu eksperti Şam Sinqh "GB News" nəşrinə müsahibəsində öz əsas sirrini bölüşüb.
Â
Ekspertin sözlərinə görə, bu problemlərdə ən gözəl təbii köməkçi albalı şirəsidir.
Â
"Yuxusuzluğun qarşısını almaq üçün yatmazdan 1-2 saat əvvəl bir stəkan bu içkidən içmək tövsiyə olunur. Albalı - sirkadiyan ritmlərimizi və yuxu-oyanıqlıq dövrümüzü tənzimləyən melatonin hormonunun ən zəngin təbii mənbələrindən biridir", - deyə ekspert izah edib.
Â
Â
Mütəxəssis albalıdakı melatoninin orqanizm tərəfindən 1-2 saat ərzində tam mənimsənildiyini və təsir göstərməyə başladığını vurğulayıb.
Â
O, maksimum effektivliyə nail olmaq üçün albalı şirəsinin müntəzəm istehlak edilməli olduğuna diqqət çəkib.
Â
Qeyd edək ki, albalı və albalı şirəsi digər faydalı xüsusiyyətlərə də malikdir. Onlar antioksidantlar, vitaminlər və minerallarla zəngindir, iltihabəleyhinə təsir göstərir və ürək üçün faydalıdır./Oxu.az