EN

Baydenin prezidentlik müddətində kimlərin diktəsi ilə oturub-durduğu məlum olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ Prezidenti Co Baydenin məsləhətçiləri Ağ Evdəki bütün müddət ərzində onun görüşlərinə və cədvəlinə nəzarət ediblər. Bu nəzarətin məqsədi siyasətçinin səhvlərini və qarşılaşdığı çətinlikləri gizlətmək olub".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrinə istinadən xəbər verib.
Bildirilib ki, Baydenin məsləhətçiləri adətən olduğundan daha ciddi nəzarətlə onun vasitəçiləri rolunu oynayıblar.
Onlar Ağ Ev rəhbərinin ünsiyyət qurduğu insanların dairəsini və aldığı məlumat mənbələrini məhdudlaşdırıblar. Bu struktur Baydenin imicinə xələl gətirə, siyasi problemlər yarada və ya dünya nizamını poza biləcək səhvlərin və yanlışlıqların qarşısını almaq üçün hazırlanıb.
Qeyd edək ki, Co Bayden noyabrda 82 yaşına çatıb və bu, onu ABŞ tarixinin ən yaşlı prezidenti edib. O, prezidentlik müddətində tez-tez qeyri-münasib vəziyyətlərə düşüb və ictimai çıxışlarında müxtəlif səhvlərə yol verib.
Chosen
26
50
oxu.az

10Sources