EN

Almaniya prezidenti parlamenti buraxacaq

Almaniya prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın (Almaniya parlamenti) buraxılması ilə bağlı qərar qəbul etməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Son günlər mən Bundestaqın fraksiya və qruplarının prezidentləri ilə danışıqlar aparmışam ki, Almaniya hökuməti üçün daha stabil parlament çoxluğu perspektivinin olmamasına əmin olsunlar. Mən Əsas Qanunun 68-ci maddəsinə uyğun olaraq 2024-cü il dekabrın 27-də Bundestaqın buraxılması barədə qərar qəbul etmək niyyətindəyəm”, – prezident deyib.

Chosen
25
11
yenicag.az

10Sources