EN

Baş nazir Milad gününə qədər yeni hökuməti formalaşdırmağa söz verdi

Fransanın baş naziri Fransua Bayru yeni hökuməti bu həftə sonu, ən geci Milad bayramından əvvəl təqdim edəcəyini vəd edir.

HİT.az xəbər verir ki, bu barədə o, "France 2" telekanalının efirində bildirib.

"Ümid edirəm ki, həftə sonu, hər halda Milad bayramına qədər, çərşənbə axşamı axşama qədər hökumət təyin edəcəyəm", deyə Bayru bildirib.

Büdcənin qəbulu ilə bağlı Bayru bildirib ki, o, fevralın ortalarında artıq hökumət quraraq və sələflərinin istefasından əvvəl parlamentdə səslənənləri əsas götürərək bu mövzuya qayıtmaq istəyir.

"Düşünürəm ki, biz pula qənaət etməliyik. Bizə dövlət maliyyəmizi tarazlaşdırmaq üçün bir plan lazımdır. Düşünürəm ki, hər kəs məsuliyyəti öz üzərinə götürməlidir. Qarşıda gözlənilənlər o qədər çətindir ki, biz qüvvələri birləşdirməliyik", deyə baş nazir vurğulayıb.

Hökumət başçısı deputatların əksəriyyətinin razılığı olmadan qanunlar qəbul etmək hüququ verən Konstitusiyaya 49.3-cü düzəlişdən istifadə etməyəcəyinə söz verib: "Büdcə ilə bağlı mütləq çıxılmaz vəziyyət yaranmasa, mən 49.3-dən istifadə etməyəcəyəm".

O, müxalifətdə qalan partiyalara da müraciət edib ki, dialoqa qayıtsınlar, hələ yaradılacaq hakimiyyəti məhv etməsinlər. Parlamentdə çoxluq əldə etmək istəyən o, bütün siyasi qüvvələrdən cümə günü nahar vaxtı yekun mövqelərini bildirmələrini xahiş edib.

Bu dəqiqələrdə Sosialist Partiyasının birinci katibi Olivye Forun başçılıq etdiyi solçular yeni baş nazirin həyata keçirəcəyi siyasətdən narazı olduqlarını, ona görə də icra hakimiyyətini dəstəkləməyəcəklərini bildiriblər.

Bir gün əvvəl Bayrou ultrasağçı Milli Cıbhəı və ultrasolçu Məğlubedilməz Fransa istisna olmaqla, bütün partiya liderləri ilə görüşlər keçirib. Bununla belə, o qeyd edib ki, onları milli siyasi meydandan kənarda qoymaq istəməz.

Samir
 

Chosen
26
13
hit.az

10Sources