EN

Ərdoğan Suriyaya bu vaxt gedəcək - Səfir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uyğun şərait yarandıqda Suriyaya səfər edə bilər.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu deyib.

Səfirin sözlərinə görə, MİT rəhbəri İbrahim Kalın artıq Suriyaya səfər edib və Türkiyənin xarici işlər naziri Hakan Fidanın səfəri nəzərdə tutulub:

“Nazir Suriyaya səfər edəcək və yerli hakimiyyət orqanları ilə görüşəcək, bundan sonra daha münasib bir zamanda Prezident Ərdoğan da Suriyaya səfər edəcək. Hər şeyi mərhələli şəkildə edəcəyik”.

Chosen
2
1
axar.az

10Sources