EN

“Zirə”nin qapıçısı çempionatda 100-cü oyununu keçirdi

“Zirə”nin qapıçısı Aydın Bayramov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı qolkiperin yubileyi Misli Premyer Liqasının XVIII turuna təsadüf edib.

O, “Səbail”ə qalib gəldikləri səfər görüşündə (1:0) 90 dəqiqə meydanda olub.

Chosen
16
11
yenicag.az

10Sources