Növbəti köç karvanı Şuşa şəhərinə çatıb. SİAxəbər verir ki, şəhərdə sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd olunub ki, bu mərhələdə Şuşa şəhərinə 51 ailə - 208 nəfər köçürülüb.
Xatırladaq ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.