EN

11 ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 143 milyon manatadək vəsait daxil olub

Bu ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 108,4 milyon manat vəsait daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, dövlət əmlakının icarəyə verilməsi sahəsində də işlər davam etdirilib. Belə ki, hesabat dövründə qeyri-yaşayış sahələrinə dair 571 yeni icarə müqaviləsi bağlanılıb. Qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 6,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Eyni zamanda, cari ilin yanvar-noyabr ayları ərzində torpaq sahəsinə dair 3152 yeni icarə müqaviləsi bağlanılıb. Torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 27,8 milyon manat məbləğində vəsait daxil olub.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin müvafiq dövründə 3723 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 17,1 faiz artıb.

Cari ilin yanvar-noyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 34,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 142,7 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artım qeydə alınıb.

Chosen
5
5
vergiler.az

7Sources