EN

Zurabişvili təkrar seçkilər məqsədilə şura yaratmaq niyyətindədir

Gürcüstan Prezidenti Salome Zurabişvili, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası təkrar seçkilərin keçirilməsinə razılıq vermədiyi təqdirdə, təkrar parlament seçkilərinin təşkili məqsədilə şura formalaşdırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə siyasətçi feysbukda yayımlanmış videomüraciətində bildirib.

Dövlət başçısının sözlərinə görə, o, hakim partiyanın rəhbərliyindən dekabrın 29-dək təkrar seçkilərin keçirilmə müddətinin razılaşdırılmasını gözləyir.

O bildirib ki, hakim partiya kompromisə getməsə, ikinci ssenari qalacaq – “rejimin dağılması”. Zurabişvili, bununla yanaşı, seçilmiş prezident Mixail Kavelaşvilinin dekabrın 29-na təyin edilmiş inauqurasiyasına baxmayaraq, ölkənin prezidenti olaraq qalmaq niyyətindədir.

“Təkrar seçkilərədək olan dövrü idarə etmək üçün şura yaradılacaq. Bu şuranın mandatı yalnız bir məsələyə – yeni seçkilərə hazırlıq olacaq. Artıq sənəd hazırlanır və yəqin ki, sabah seçkilərin tezliklə keçirilməsi üçün bütün minimal şərtləri müəyyən edəcək sənəd hazır olacaq”, – Zurabişvili bildirib.

Onun sözlərinə görə, rejimin süqutu hakimiyyətin öz əli ilə baş verəcək, çünki onlar vaxtında “bu ölkə ilə necə davranmağı və özlərinə olan etimadı qorumağı” görə bilməyiblər.
Chosen
18
3
sherg.az

6Sources