EN

Bir ölkədən Esma Əsədə ömürlük giriş qadağası

Bir

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiyaya sığınan Əsəd ailəsi haqqında müxtəlif iddialar səsləndirilib. Bildirilib ki, B.Əsədin 49 yaşlı həyat yoldaşı Esma Esad xərçəng müalicəsi üçün İngiltərəyə qayıtmağı planlaşdırır.

Xalqcəbhəsi.az xəbər verir ki, bu haqda Türkiyənin “sondakika.com” saytı məlumat paylaşıb.

Məlumatda deyilir ki, ədliyyə naziri Robert Jenrick, "Əsədin həyat yoldaşının İngiltərədə dəbdəbəli həyata qayıtması onun milyonlarla qurbanına təhqir olardı" deyib.

Xarici işlər naziri David Lammy, "O, İngiltərədə xoş qarşılanmayacaq" deyə bildirib.

Qeyd edək ki, Londonda doğulub böyüyən və uğurlu bank karyerasına sahib olan E.Əsəd 2000-ci ildə B.Əsədlə ailə həyatı qurub. 2012-ci ildə Aİ-nin sanksiyaları çərçivəsində İngiltərədəki mal varlığı dondurulan E.Əsədə qarşı 2021-ci ildə Suriyada müharibə cinayətlərində iştirak etdiyi iddiası ilə istintaq başladılıb.

Kremlin sözçüsü cütlüyün Moskvada məhdud şərtlərdə saxlanması ilə bağlı iddiaları təkzib edərkən, müxalifətçi analitik Stanislav Belkovski “Moskvada qızıl qəfəsdəki həyat artıq Esma Əsədi qane etmir” deyə qeyd edib.

İngiltərə hökuməti sanksiyaların və səyahət qadağasının davam edəcəyini bildirsə də, Əsəd cütlüyü hələlik boşanma xəbərləri ilə bağlı açıqlama verməyib.

Chosen
6
6
xalqcebhesi.az

10Sources