EN

Sədr Aydan Rəcəbovanı rəis təyin etdi

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə vəzifəsindən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Şahin Bağırovun digər əmri ilə Rəcəbova Aydan Şahin qızı Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Mehriban Əlizadə 2010-cu ildən sözügedən idarədə rəis müavini və rəis vəzifəsində çalışıb.\\Qaynarinfo

Chosen
7
39
nocomment.az

10Sources