EN

“İstanbul NS” klinikası Tik-tokdakı rüsvayçılığa sponsorluq edibmiş….

TikTokdakı “Təkərdə” adlı tərbiyəsizliyə sponsorluq edənlərdən biri də Bakının məşhur kliniklarından olan “İstanbul NS” klinikası olub.

“Yeni Gundem” xəbər verir ki, “İstanbul NS” klinikası “Təkərdə” adlı verilişin əsas sponsorlarından olub.

“İstanbul NS” klinikasından başqa sözegedən verilişə “Carvanna” şirkəti, “Avto House”, “Halva” restoranlar şəbəkəsi, “Mersin”, “8th Territoria” kafesi, “Mister Wood”, “Şamlıq” Spa Mərkəzi, “Telefon evi” mağazası, “Qapı Sədərək”, “Avangard”, “EQO” mağazası, “CN Motors” MMC, “Game Stop”, “RH Exclusive” mağazası, “Family Parfumes”, “Favrit Wedding Decor” sponsorluq edib.

Qeyd edək ki, DİN tərəfindən keçirilən əməliyyat nəticəsində “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər saxlanılıblar.
Saxlanılanlar arasında Azər Zahid də var. Onun “Təkərdə” adlı “layihə”si son günlər insanların hiddətinə səbəb olmuşdu.Tribunainfo.az

Chosen
8
3
yenigundem.az

10Sources