İlk dəfə ABŞ-nin "Starbucks" qəhvə şəbəkəsinin Sietl, Los- Anceles və Çikaqo şəhərlərindəki baristalarının başlatdığı 5 günlük tətilə ölkənin müxtəlif bölgələrindən gələn işçilər də qatılıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, tətillə bağlı şirkətdə çalışan 10 mindən çox baristanı təmsil edən "Starbucks Workers United"-in sosial media hesabından açıqlama verilib.
Açıqlamada bildirilib ki, "Starbucks Workers United" baristalarının tətili şirkətin üç ən mühüm bazarında baş tutduğu, həmçinin Nyu Cersi, Nyu-York, Filadelfiya və Sent-Luis şəhərlərini əhatə etməklə genişləndirildiyi bildirilib.
Eyni kontekstdə "Starbucks" işçiləri Denver, Kolumbus və Pittsburq kimi şəhərlərdə tətildə iştirak edirlər.
"Starbucks"-da çalışanlar deyiblər ki, şirkət dəfələrlə müqavilələrin ilin sonuna qədər imzalanacağına söz versə də, hələ də işçilərə ciddi iqtisadi təklif etməyib.
Həmçinin "Starbucks" filiallarında başlayan 5 günlük tətil səbəbilə 59 mağazasını bağladığı bildirilib.