EN

Türkiyə klubunun prezidenti istefa verib

Türkiyənin "Hatayspor" klubunuun prezidenti Levent Mıstıkoğlu istefa verib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, istefa qərarını klubun maraqlarını ön planda tutaraq verdiyini bildirib.

"Vəzifədə olduğum müddətdə "Atakaş Hatayspor"un layiq olduğu yerə çatması üçün idarə heyətimiz, texniki komandamız və oyunçularımızla böyük bir fədakarlıqla çalışdıq. Bununla belə, klubumuzun gələcəyi üçün fərqli bir idarəçiliyə ehtiyac olduğuna inanıram. cari dövrdə "Hatayspor"un böyük azarkeşlərinə, klub işçilərinə, futbolçulara və dəyərli texniki heyətimizə təşəkkürümü bildirirəm." - deyə, Mıstıkoğlu qeyd edib.

Xatırladaq ki, “Hatayspor” ötən gün baş məşqçi Rıza Çalımbayla da yollarını ayırmışdı.

Əlavə edək ki, "Hatayspor" Superliqada 9 xalla 18-ci sırada qərarlaşıb.

Chosen
30
1
90deqiqe.az

2Sources