EN

Tramp Baş nazir Trüdonu bir daha Kanada qubernatoru ADLANDIRDI

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonu qubernator adlandıraraq ölkənin ABŞ-ın 51-ci ştatı olacağı təqdirdə vergiləri 60 faizdən çox azaldacağını vəd edib.

Bizim.Media xəbər verir ki, Donald Tramp bu təklifi sosial şəbəkə hesabında yerləşdirdiyi Milad təbrikində yazıb.

“Kanada qubernatoru Castin Trüdonun Milad bayramı mübarək olsun. Orada vətəndaşların vergiləri çox yüksəkdir. Kanada ABŞ-ın 51-ci ştatı olsa, vergilər 60 faizdən çox azalacaq, biznes ikiqat artacaq və onlar dünyanın hər bir ölkəsindən daha çox müdafiə olunacaq”, - deyə Ağ evin gələcək rəhbəri bildirib.
 

Bundan əlavə, ABŞ-ın yeni seçilmiş prezidenti “Panama kanalını qayğı ilə, lakin qeyri-qanuni idarə edən Çin əsgərlərinin” də bayramını təbrik edib. Donald Tramp, həmçinin Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün lazım olan və “ABŞ-ın tərkibinə keçmək istəyən” Qrenlandiyanı da unutmayıb.


Qeyd edək ki, bundan əvvəl Donald Tramp dəfələrlə Kanadanın Baş naziri Castin Trüdonu “böyük Kanada ştatının” qubernatoru adlandırıb. O, həmçinin Panama kanalından istifadə üçün mövcud şərtlərə yenidən baxılmayacağı təqdirdə ABŞ-ın ona nəzarəti geri qaytarmağa çalışacağını bəyan edib. Siyasətçi Qrenlandiyanın Vaşinqtonun nəzarətinə keçməsi barədə ideyanı da ortaya atıb.

Bizim.Media

Chosen
4
5
bizim.media

6Sources