EN

Peru Azərbaycana başsağlığı verib

Image

Perunun Xarici İşlər Nazirliyi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib. Bu barədə XİN kommünike yayıb. “Peru Hökuməti və xalqı 25 dekabr tarixində Aktau şəhəri yaxınlığında baş vermiş faciəvi təyyarə qəzası ilə əlaqədar Azərbaycan Respublikası hökuməti və xalqı ilə həmrəy olduğunu bildirir və həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləklərini çatdırır”, – sənəddə qeyd olunub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı – Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Mətləb






Chosen
6
11
baki-xeber.com

10Sources