EN

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başa çatdı

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başa çatıb.

Msport.az xəbər verir ki, son olaraq daha iki qarşılaşma keçirilib.

“Şamaxı” səfərdə “Zaqatala”nı 1:0 hesabı ilə üstələyib. Komanda 1/8 finalda “Səbail”lə üz-üzə gələcək.

Digər görüşdə isə “İmişli” evdə “Mingəçevir”i məğlubiyyətə uğradıb. I Liqa təmsilçisi növbəti raundda “Qəbələ”yə rəqib olub.

Qeyd edək ki, daha əvvəl “Karvan”, “İrəvan”, MOİK, “Səbail”, “Turan Tovuz”, “Qaradağ Lökbatan, “Kəpəz”, “Araz-Naxçıvan” və “Sumqayıt” 1/8 finala vəsiqə qazanıblar.

Chosen
237
1
Sources
Comment ()
Close