Qazaxıstanda avtomobillər üçün qadağan olunmuş nömrələr məlum olub.
Yenicag.az Tengrinews.kz-a istinadla xəbər verir ki, Qazaxıstan Daxili İşlər Nazirliyi oxunuşu və tələffüzü “nitq mədəniyyətinə yad” olduğu üçün xaric edilən nəqliyyat vasitələrinin bir sıra dövlət qeydiyyat nişanlarını siyahıya alıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bəzi hərf birləşmələrinin xaric edilməsi barədə qərar dil imtahanı əsasında qəbul edilib.
“Mədəniyyət və İdman Nazirliyinin Dillərin İnkişafı Komitəsinin 2018-ci il dil imtahanına uyğun olaraq, hüquqi və fiziki şəxslər üçün Qazaxıstan Respublikasının nəqliyyat vasitələrinin aşağıdakı seriyası dövlət qeydiyyat nişanları, oxunuşu və tələffüzü nitq mədəniyyətinə yad olanlar sıradan çıxarılıb”, – qərarda deyilir.
Xuraman Etibarlı