Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan dünən 31 martda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində namizədlərinin daha bir qismini açıqlayıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçkilərə Cümhur İttifaqı çərçivəsində gedən AKP namizədlərini Milliyyətçi Hərəkat Partiyası (MHP) da dəstəkləyəcək.
Eyni zamanda, bir sıra böyük şəhər və vilayətlərdə AKP namizəd çıxarmayaraq MHP-nin namizədlərini dəstəkləyəcək.
Belə ki, Manisa və Mersin böyük şəhər bələdiyyələrində, habelə Bartın, Erzincan, Kars, Kırklareli və Osmaniye vilayət bələdiyyələrində hakim partiya ittifaqdakı siyasi müttəfiqinin namizədlərinə dəstək verəcək.