EN

Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırdı: Səməd Seyidov səbəblərdən danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib.

Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumu tərk etmə səbəblərindən danışıb.

Bu barədə o, CBC telekanalına verdiyi müsahibəsi zamanı aşağıdakıları deyib:

“Bu gün Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti bəyan etmək qərarına gəlib ki, Parlament Assambleyasının bəzi üzvlərinin davranış tərzinin, verdikləri bəyanatların tamamilə qəbuledilməz olduğu bir şəraitdə bu qurumda işləmək, bu qurumda qalmaq, onlarla danışmaq, onlarla məsələləri müzakirə etmək tamamilə mənasızdır. 20 il bu təşkilatda biz öz maraqlarımızı müdafiə etdik, nümayəndə heyətinin bu qurumla konstruktiv işləməsi üçün hər şeyi etdik. Amma görürsünüz ki, bu məclisdə necə ikili standartlar hökm sürür, necə lobbiçilik, korrupsioner, misantrop fəlsəfə hökm sürür. Buna görə də, bu gün nümayəndə heyəti insan hüquqları ilə bağlı problemlərin həlli üçün prinsipial olaraq paylaşdığımız dəyərlərə bu cür yanaşan məclis nümayəndələri ilə işləməyəcəyi barədə bəyanat verdi”, - deyə Səməd Seyidov bildirib.

O qeyd edib ki, bu məkrli planı dərk edən Azərbaycanın nümayəndə heyəti bu təşkilatda qalmağın və onlarla mühüm məsələlərdə danışıqlar aparmağın mümkünsüzlüyünü və uyğunsuzluğunu açıq şəkildə bəyan edib.

“Ona görə də, mən bu sessiyanı tərk etmək qərarımızı və Azərbaycanın maraqlarını qorumaq üçün konkret işimizi davam etdirməyi tamamilə düzgün hesab edirəm. Hesab edirəm ki, bu addım son dərəcə vacibdir, çünki bugünkü Azərbaycan başqa Azərbaycandır. Bu, müstəqil bir dövlətdir, qürurlu dövlətdir. Heç kimin onu şantaj etməyə haqqı yoxdur”, - deyə o vurğulayıb.

 

Chosen
71
50
oxu.az

10Sources