EN

ABŞ Dövlət katibinin müavini Türkiyədə səfərdədir

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Türkiyə-ABŞ strateji mexanizmi toplantısında iştirak üçün Ankaraya gələn Nulandın Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü olub.

Görüşlə bağlı “X” sosial media hesabında açıqlama verən Türkiyənin XİN rəhbərinin müavini Ahmet Yıldız Yaxın Şərq və Afrikadakı hadisələrlə bağlı fikir mübadiləsinin aparıldığını bildirib.

Türkiyə-ABŞ strateji mexanizmi toplantısında ölkələr arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin ətraflı müzakirəsi gözlənilir.

Chosen
300
8
azpost.info

10Sources