EN

İngiltərənin Fələstini tanıması üçün 2 şərt

İsrail-Fələstin münaqişəsi davam edərkən İngiltərə Fələstini tanımaq üçün iki şərtinin olduğunu bildirib.  Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Britaniyanın xarici işlər naziri Devid Kemeron  Livana diplomatik səfəri zamanı verdiyi açıqlamada Fələstini tanımaq üçün HƏMAS-ın bölgədən çıxarılmasını və atəşkəsin yaradılmasını şərtləndirib.Kemeron bildirib ki, İngiltərə bölgədə münaqişənin dayandırılması və HƏMAS-ın mövcudluğunun sona çatmasından asılı olaraq Fələstin dövlətinin tanınması məsələsini nəzərdən keçirə bilər.Kemeron, iki dövlətli həll prosesi irəlilədikcə Fələstinin tanınması məsələsinin daha reallaşa biləcəyini və Fələstinin öz dövlətinin olmasının bölgədə uzunmüddətli sülh və təhlükəsizlik üçün vacib olduğunu vurğulayıb.Kemeron ilk addımın münaqişələrə son qoymaq olduğunu və bu vəziyyətin zamanla qalıcı, davamlı atəşkəsə çevrilə biləcəyini, həmçinin, "7 oktyabrın məsulları Qəzzanı hələ də nəzarətdə saxladığı halda iki dövlətli həll əldə edilə bilməz" deyə vurğulayıb.Əfsanə Rəcəb

Manşet.az

Chosen
394
35
manset.az

10Sources