“Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində Azərbaycan gəncləri ilə bağlı səsləndirdiyi fikirlər həm gənclərimizə göstərilən böyük etimad, həm də gənclərimizin gələcək həyat və fəaliyyəti üçün əsl yol xəritəsidir. Bu proqram xarakterli çıxış eyni zamanda bu tarixi mərhələdə gəncliyin qarşısında duran vəzifələri dəqiq müəyyən etdi”:
Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, uzun illərdir Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin mahiyyətində gəncliyimizi dövlətçilik ruhunda, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, eyni zamanda dünyadakı gərgin rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır: “Prezident İlham Əliyev andiçmə mərasimində bu məqama növbəti dəfə xüsusi diqqət ayıraraq, gəncləri zərərli ideoloji təsirlərdən qorumağın vacibliyinə toxundu. Prezident gənclərimizin intellektual və vətənpərvər ruhda tərbiyəsinin ölkəmizin gələcəyi üçün son dərəcə həlledici olduğunu diqqətə çatdırdı. Ölkə başçısı bu məsələdə ailə institutunun və təhsil sisteminin üzərinə böyük vəzifələrin düşdüyünü xüsusi qeyd etdi”.
F.Şahbazlı bildirib ki, Azərbaycan Prezidenti hər zaman ölkə gəncliyinə böyük diqqət və qayğı ilə yanaşıb: “Prezident İlham Əliyev hər zaman gənclərin yaxın dostu və himəyədarı kimi gəncliyin özünü ifadəsi üçün bütün zəruri addımları atıb. O, Azərbaycan gəncliyinin 44 günlük Vətən Müharibəsindəki fəaliyyətinə yüksək qiymət verərək, müharibənin zəfərlə yekunlaşmasında gənclərimizin ön cəbhədə və informasiya savaşında qəhrəmanlığının mühüm rol oynadığına diqqət çəkib. Bu gəncliyimizə göstərilən böyük etimaddır. Azərbaycan gəncliyi hər zaman dövlətin bu etimada layiq olmağa çalışıb. Təsadüfi deyil ki, 7 fevral Prezident seçkilərində gənclərimiz ölkəmizin gələcəyi naminə böyük fəallıq nümayiş etdirdilər”.
10Sources
-
demokrat.azPrezidentin andiçmə mərasimindəki nitqi — İctimai və dövlət maraqlarının müdafiəsinə yönəlik MESAJ ( 3914113)
-
azertag.azPrezidentin andiçmə mərasimindəki nitqi gələcəyin yol xəritəsi kimi tarixi mahiyyət daşıyır -ŞƏRH ( 3909550)
-
pravda.az"Prezidentin andiçmə mərasimindəki çıxışı gənclər üçün əsl yol xəritəsidir" ( 3905286)
-
demokrat.az“Prezidentin andiçmə mərasimindəki çıxışı gəncliyin qarşısında duran vəzifələri dəqiq müəyyən etdi” — Fərid Şahbazlı ( 3903554)
-
oxu.azPrezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi” - ŞƏRH + FOTO ( 3903101)
-
musavat.com“Prezidentin andiçmə mərasimindəki çıxışı gəncliyin qarşısında duran vəzifələri dəqiq müəyyən etdi” - Fərid Şahbazlı ( 3902990)
-
editor.az“Prezidentin andiçmə mərasimindəki çıxışı gəncliyin qarşısında duran vəzifələri dəqiq müəyyən etdi”-Fərid Şahbazlı ( 3902471)
-
olaylar.azCənab Prezidentin çıxışından verilən mesajlar biz cəmiyyət üçün tam aydındır-Vüqar Əhmədov-ÖZƏL ( 3898337)
-
sherg.azPrezidentin etimadı nazirlər qarşısında yeni məsuliyyət müəyyənləşdirir -ŞƏRH ( 3893675)
-
herbiand.azPrezidentin çıxışında möhtəşəm detal – 200 milyon əhalisi olan “dövlət”... ( 3891164)