EN

Günün qoroskopu: Təmaslarla əlaqələrdə səlis, diqqətli olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Səbirli olun. Arzuladığınızı dərhal əldə etmək asan deyil. Önəmli qələbələrə və ciddi irəliləyişə nail olmaq üçün səy göstərin, tərəfdaş və ya müttəfiqin yardımlarından faydalanın. Bədxahların planlarını pozmaq, rəqibləri üstələmək üçün qüvvəniz yetərli deyil. Yardım təkliflərini qulaqardına vurmayın.

Yeni tanışlıqlardan biri yaşamınızda önəmli iz qoyacaq. Fəqət bilin ki, yeni münasibət çətinliklə inkişaf edəcək, çətinliklərdən xali olmayacaq.

İnadkar olun. Əzm göstərsəniz, problemi həll edə bilərsiniz.
 

Buğa - Müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Yeni əməkdaşlığa başlamaq, müttəfiqlər və nüfuzlu hamiləri işə cəlb etmək olar. Qarşı tərəfdə özünüzlə bağlı müsbət rəy yaratmağa çalışın. Biznesdə və ya ticarətdə irəliləyişlərə nail olmaq mümkündür.

Gəlirlər istisna deyil. Bir qədər əvvəl razılaşdırılmış sövdələşmələr dividendlər verməyə başlayır. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər olacaq.

Əkizlər - Çətin gün olsa da, xeyli dərs alacaqsınız. Başqalarının səhvlərinə fikir verin. Həmin yanlışlıqların təhlili sizə səhvlərinizin sayını azaltmağa imkan verəcək. Maliyyə və əmlakla bağlı məsələləri həll etmək olar. Gəlirin bölüşdürülməsi məqamlarını tərəfdaşla müzakirə edin.

Alış-veriş və sövdələşmələr üçün əlverişli vaxtdır.

Görüşlər yaxşı keçəcək. İnamlı, qətiyyətli olun. Qarşı tərəfi sizi dinləməyə vadar edin. Daha təcrübəli insanlar sizi dinləyəcəklər.

Ailədə kiçik fikir ayrılıqları olsa da, problemlər yaranmayacaq.

Xərçəng - Günün yaradacağı çətinliklər o qədər də çox deyil. İstənilən problemi ürəyinizə salmayın, xırda müşküllərdən dolayı təbdən çıxmayın. Sizə maraqlı iş və ya məşğuliyyət təklif edəcək insan olacaq. Pullarla ehtiyatlı olun. Xərclər çoxdur. Bədxərclik etməyin.

Yaxın ətrafınızdakı insanların keçirdiyi hisslərin bir qismini olsa belə, anlamağa çalışsanız, şəxsi münasibətlərdə problemlər yaranmayacaq. Başqasının fəaliyyət sahəsinə və ya yaşam arealına müdaxilə etməyin.

Şir - Yaxşı ideyalar və onların reallaşdırılması üçün enerji qıtlığından şikayətlənə bilməzsiniz. Yeni ideyalar üçün əlverişli zamandır. Genişmiqyaslı birgə layihələrə başlamaq olar. İntellektual səviyyə yüksək olduğundan çətin məsələlərin həlli, mühüm məsələlərə cavab tapa bilərsiniz. İşgüzar və şəxsi görüşlər pis keçməyəcək. Çağırıldığınız yerə mütləq gedin.

Səfər və ya səyahət pis alınmayacaq. Yolda çox vaxt keçirməli olsanız da, yorulmayacaqsınız.

Səhhətinizdə problemlər yaranmayacaq. Ağrılar olmayacaq.

Qız - Çoxdankı arzularınız və ya niyyətlərinizdən birini reallaşdıra bilərsiniz. Yarımçıq qalan işi başa vurun. İşdə yaxşılığa doğru dəyişikliklər baş verəcək. Həmkarlar və rəhbərliklə münasibətləri normallaşdırın, bədxahları zərərsizləşdirin. Müstəqil iş üçün əlverişli zamandır. Bununla belə, sizə yardımlarını təklif edən insanlara rədd cavab verməyin.

Şəxsi münasibətlərdə təşəbbüskar olun. Yalnız bu minvalla pozitiv dəyişikliklərə səbəb ola bilərsiniz. Günün ikinci yarısında yaradıcılıq planlarından birini həyata keçirin. Yeniliklər və mütərəqqi təcrübəyə laqeyd qalmayın.

Tərəzi - Hər şey istədiyiniz kimi asanlıqla əldə olunmayacaq. Lakin qətiyyətli və iradəli olsanız, məqsədə çata bilərsiniz. Məhsuldar çalışın. İş darıxdırıcı və rutin təsir bağışlasa da, kimsəyə imkan verməyin ki, prosesə müdaxilə etsin. Yolunuzdan sapmayın. Genişmiqyslı anlaşma və ya sövdələşmələri müzakirə etmək, uzunmüddətli əməkdaşlıqla bağlı müqavilə imzalamaq olar. Yeni tərəfdaşlar və sifarişçilər tapmaq olar.

Yaxınlarınızla təmaslarda diqqətli və səbirli olun. Onların diqqətinizə və dəstəyinizə ehtiyacı var. Ailə üzvləri ilə həssas olun.

Əqrəb - Məhsuldar fəaliyyət üçün əlverişli gündür. Peşəkar uğurlara və nailiyyətlərə sahib olacaqsınız. Karyera müstəvisində irəliləmək, maaşın artımına nail olmaq şansları var. İşdəki situasiya rəhbərliklə söhbətdə seçəcəyiniz tondan asılıdır. İntuisiyanıza güvənə bilərsiniz. Hüquqi məsələlərin həlli, məhkəməyə üz tutmaq üçün pis gün deyil.

Səfər və ya səyahətin nəticəsi pis olmayacaq. Sevdiyiniz insanla vaxtınızı xoş keçirə bilərsiniz.

Axşam saatlarında idmanla məşğul olun. Fizikri hərəkətlər orqanizm üçün effektivdir.

Oxatan - Bir sıra məsələləri həll etmək üçün əlverişli zamandır. Çətinlikləri çözmək üçün effektiv həll variantını arayın. Qarışıq situasiyadan çıxış yolu tapın, əsas məsələni ikinci dərəcəli işlərdən ayırın. Şəxsi münasibətlərdəki qarışıqlıq peşə fəaliyyətinə təsir edə bilər.

Günün ikinci yarısında nüfuzlu şəxs fəaliyyətinizi görəcək.

Alış-veriş üçün yaxşı zamandır. Dəvət aldığınız tədbirə qatılın. Kulinar eksperimentlər edə bilərsiniz. Axşam saatlarında qonaq gələcək.

Oğlaq - Müttəfiqlər və dostlar sizə yardım edəcəklər. Onlar vaxtında yardıma gələcək, yaxşı məsləhətlər verəcək, sizi bədxahların hücumlarından müdafiə edəcəklər. İşgüzar tərəfdaşlar da sizi darda qoymayacaqlar. Onların təkliflərini çox düşünüb-daşınmadan qəbul etmək olar. Müstəsna, fenomenal ideyalar yoxdur. Fəqət başqalarının ideyalarından yararlana bilərsiniz.

Yeni tanışlıqlara, perspektivdə faydalı ola biləcək münasibətlərə başlamaq olar. Qəfil etiraf istisna deyil.

Dolça - Təmaslarla əlaqələrdə səlis, diqqətli olun. Etibara layiq olmayan insanlara inanmayın. İfrat etimad problemlər yarada bilər. İnanılmış tərəfdaşlar və köhnə müttəfiqlər fəaliyyətinizdə kobud səhvlərin qarşısını almağa yardım edəcəklər. Şəxsi münasibətlərdə yalnız intuisiyanıza güvənməyin.

Xoşagəlməz xəbərlərin alınması istisna deyil. Aldığınız məlumatları yoxlayın. Kiminsə sizi aldatmağa çalışması göz qabağındadır. Yaşlı qohumlarla mübahisə, ailədə fikir ayrılıqları ola bilər.

Balıqlar - İstənilən çətinlikdə layihəyə başlamaq üçün yaxşı gündür. Yaxşı komanda yığmaq və ya planlarınızı həyata keçirməkdə sizə yardımçı olacaq insanları cəlb etmək şansları az deyil.

Məntiqlə rəhbərlik edin, fərqlənənləri mükafatlandırın.

Şəxsi problemləri həll edin. Sevgilinizlə sizi narahat edən məsələ barədə açıq danışın. Dil tapmaq çətin olmayacaq. Yeni layihə və ya sifariş tapmaq çətin deyil.

Milli.Az

Chosen
195
50
milli.az

10Sources