EN

Solt-Leyk-Siti şəhəri Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ərizə verib

ABŞ-nin Solt-Leyk-Siti şəhəri 2034-cü ildə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ərizə verib.

AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin komissiyası yarışa hazırlığı qiymətləndirmək üçün aprelin 9-dan 13-dək şəhərə səfər edəcək.

Solt-Leyk-Siti hazırda bu turniri təşkil etmək üçün yeganə namizəddir. Yuta ştatının paytaxtı 2002-ci ildə də Qış Olimpiya Oyunlarına ev sahibliyi edib.
Chosen
91
30
azxeber.com

10Sources