EN

Daha çox istedadlı uşaq dünyaya gətirən anaların qan qrupu açıqlandı

Stenford Universitetinin Uşaq Sağlamlığı Mərkəzinin alimləri belə qənaətə gəliblər ki, genetik faktorlar, o cümlədən ananın qan qrupu uşaqların intellekt səviyyələrini qismən müəyyən edə bilər.

 

Onların araşdırmalarına görə, birinci qan qrupuna malik analardan doğulan uşaqların İQ səviyyəsi adətən çox yüksək olur.

 

Alimlər bildirirlər ki, bu qan qrupundan olan anaların digər analara nisbətən açıq üstünlüyü var.

 

Məlumata görə, birinci qan qrupuna malik anaların uşaqları adətən yaşıdlarından daha sürətli inkişaf edirlər. Onların immun sistemi daha çox inkişaf etmiş hesab olunur.

 

Oxu.az

Tarix: 3 Mart 2024, 09:49   
Chosen
473
12
pravda.az

10Sources