EN

Fransada Blinkenin təyyarəsi xarab olur

ABŞ dövlət katibi Entoni Blinkenin təyyarəsi Fransada xarab olub və nümayəndə heyəti Brüsseldə NATO nazirlərinin toplantısına maşınla getməyə məcbur olub.

Aznews.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

“Dövlət Departamentinin sözçüsü Blinkenin Fransaya uçduğu təyyarədə texniki problemlər olduğunu bildirdi. Blinken nümayəndə heyəti Parisdən NATO-nun Brüsseldəki mənzil-qərargahına avtomobillə gedib”, - materialda deyilir.

Xəbərdə deyilir ki, problem "Boeing 737"-də aşkar edilib və təyyarə Belçikaya təxminən 300 km getməli olub.

Chosen
139
13
aznews.az

10Sources