İsmayıllıda mağaza yanıb.
Modern.az xəbər verir ki, yanğın rayonun Keyvəndi kəndində baş verib.
Belə ki, yanğın 1962-ci il təvvəldllü Talıbov Aydın Əlibaba oğluna məxsus mağazada olub. Yanğın yerinə İsmayıllı DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.
Hadisə zamanı ümumi sahəsi 10 k/m olan mağaza tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisənin baş vermə səbəbi araşdırılır.