Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ baş verib.
Adanın Mərkəzi Meteoroloji Bürosu bildirib ki, Tayvanın şərq sahillərində 5,9 bal gücündə zəlzələ olub.
Yeraltı təkanlar yerli vaxtla saat 22:11-də (Bakı vaxtı ilə 18:11 - red.) qeydə alınıb, yeraltı təkanların episentri Hualien dairəsindən 26,8 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 8,6 kilometr dərinlikdə olub.
Qeyd edək ki, statistikaya görə, Tayvanın şərq hissəsində yerləşən Hualien bölgəsində yeraltı təkanlar adanın digər ərazilərinə nisbətən daha tez-tez baş verir.
Mənbə: RİA Novosti