EN

Psixatriya xəstəxanasında vəfat edən Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə istintaqı yenilənib

Bir müddət əvvəl müalicə olunduğu psixatriya xəstəxanasında vəfat edən Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirlən prosesdə Ramiz Taxvelinin anası Gülarə Məmmədovanın məhkəməyə gəlmək istəmədiyi barədə ərizə göndərdiyi elan edilib. Prosesdə onu qanuni nümayəndəsinin hüquqi varis qismində tanındığı elan edilib.

Prosesə sədrlik edən hakim Rasim Sadıxov mərhumun ölüm səbəbini açıqlayıb. Qeyd olunub ki, R.Taxveli ürəyin işemik xəstəliyindən vəfat edib.

Tərəflərin razılığı ilə dayandırılmış məhkəmə istintaqı yenilənib.

İş üzrə baxış iclası mayın 14-nə təyin edilib.

Qeyd edək ki, Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini yaşadıqları evin balkonundan ataraq öldürməkdə ittiham olunur. Hadisə 2018-ci ildə baş verib. R.Taxveliyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib. Təqsirləndirilən şəxsin hadisədən sonra anlaqsız vəziyyətdə olduğu təsdiq olunub, məhkəmə istintaqı yarımçıq dayandırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə R.Taxvelinin ixtisaslaşdırılmış psixi xəstəxanada məcburi müalicəsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, R.Taxveli aprelin 3-də müalicə aldığı psixiatriya xəstəxanasında vəfat edib.

Chosen
95
20
nocomment.az

10Sources