EN

ABŞ bəzi Çin banklarına sanksiyalar layihəsi hazırlayır

ABŞ bəzi Çin banklarına sanksiyalar layihəsi hazırlayır

ABŞ Pekinin Rusiya hərbi-sənaye kompleksinə dəstəyini dayandırmaq üçün bəzi Çin banklarını qlobal maliyyə sistemindən kəsə biləcək sanksiyalar layihəsi hazırlayır.
Editor.az bu barədə “Wall Street Journal”a istinadən xəbər verir. ABŞ rəsmilərinin fikrincə, diplomatik tədbirlər Pekini Rusiya Federasiyasına ixracı məhdudlaşdırmağa razı sala bilməsə, Çin banklarına qarşı sanksiyalar eskalasiya variantıdır.

Qlobal ticarətin böyük hissəsi üçün istifadə edilən bankların dollara çıxışını kəsmək çox vaxt son çarə kimi istifadə olunur, çünki bu cür sanksiyalar tez-tez qurumların iflasına səbəb olur. Yavaş iqtisadi canlanma və artan borc fonunda bu, Çin üçün də xüsusi risk yaradacaq. Lakin materialda hansı bankların sanksiyalara məruz qala biləcəyi göstərilmir.

//Samir Qurbanov, Editor.az

Chosen
82
50
editor.az

10Sources