Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə müsadirəsi, habelə Çinə qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri paketi ABŞ Senatında prosessual səsvermədən keçib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, prosessual səsvermədən əvvəl qanun layihələri üzrə qısa müzakirələr aparılıb. Layihələr aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Paketin həcmi 95 milyard dollar təşkil edir: Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək üçün vəsait daxildir. Senatda bu həftə gözlənilən yekun təsdiqdən sonra paket imza üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək. Amerika lideri artıq onları stoluna gələn kimi imzalamağa söz verib.
ABŞ Administrasiyası sənədlər təsdiqlənən kimi aprelin sonunadək 1 milyard dollarlıq ilk hərbi yardım paketini Ukraynaya çatdıracaqlarını açıqlayıb.
Â
Musavat.com