EN

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

Kolumbiya Dövlət Departamentinin insan haqları ilə bağlı bəyanatları ilə bağlı ABŞ-yə nota göndərib. 

"Unikal" xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Kolumbiya hökuməti ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin insan haqlarının vəziyyəti ilə bağlı hesabatını şərh edərkən Kolumbiyada prezident seçkiləri kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı etibarlı məlumat adlandıran bəyanatlarını tənqid edib.

Bundan sonra Kolumbiya hökuməti Patelin bəyanatı ilə bağlı Amerika tərəfinə etiraz notası göndərib.

Gülayə Mecid

Chosen
113
50
unikal.az

10Sources