EN

Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir

Əməkdar artist Yusif Mustafayev borc verdiyi şəxslərdən pulunu ala bilmir.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, müğənni bu barədə televiziya verilişlərindən birinin efirində danışıb.

Y.Mustafayevin sözlərinə görə, bir tanışına 60 min manat, digərinə isə 51 min manat borca pul verib:

“Birindən 3000, digərindən 3500 ala bilmişəm. Mən də bunu hökumətə, dövlətə demirəm, şikayət etmirəm. Deyərəm də, sübut da edərəm. Amma pisliklə istəmirəm. 14 ilə yaxındır qaytarmırlar. Zəng edirəm, açmırlar. Hər ikisinin imkanı da var. Sadəcə mənim sadəliyimdən istifadə edirlər. Elə bilirlər ki, ölüb gedəcəyəm, pul batacaq. Balalarım var, nəvələrim var. O pulu onsuz da onlardan alacaqlar. Adlarınızı demirəm. Allahınız olsun. Lazım olsa, dövlət qurumuna da şikayət edəcəyəm. Xahiş edirəm, pulumu gətirib verin”.

Chosen
183
1
nocomment.az

10Sources